6 qadın Antarktidanı 62 günə fəth etdi - YAYDA 40 DƏRƏCƏ ŞAXTADA

Britaniyalı qadın hərbçilərin Antarktida ekspedisiyası uğurlu bitib.  

 

APA TV-nin xarici mətbuata istinadən məlumatına görə, altı qadın hərbçi ötən il noyabrın 20-də yola çıxıb. 1700 km-lik yolu qət edən qrup 62 gün sonra səhər saatlarında Herkules körfəzinə çatıb.   

 

Maraqlıdır ki, qadın hərbçilər bu yolu xizəklə qət ediblər. Hesablamalara görə, ekspedisiya 75-90 sutka vaxt almalı idi. Antarktidada hazırda yay fəsli olsa da, ekspedisiya üzvləri 40 dərəcəlik şaxta və sürəti 100 km/s olan küləklə mübarizə aparmalı olublar.

 

Qeyd edək ki, bu ekspedisiyada iştirak etmək üçün Birləşmiş Krallığın hərbi qüvvələrinin üzvü olmaq vacib idi. İştirak üçün 250 nəfər namizədliyini irəli sürüb. Britaniya adalarında və Norveçdə keçirilən gərgin sınaqlardan sonra yalnız altı nəfərlik qrup seçilib.

 

Xatırladaq ki, əvvəllər də qadın xizəkçilər belə bir rekorda imza atıblar. Sonuncu dəfə 2012-ci ildə 22 yaşlı britaniyalı Felisiti Aston 1744 km məsafə qət edərək Antarktidanı 59 gün ərzində fəth edib.

Müəllif | Apa.Tv
Apa.tv