Bərdədə evlərin qənimi ələ keçdi

Bərdədə 6 evdən oğurluq edən yaxalanıb.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayonun Qullar kənd sakini, 1997-ci il təvəllüdlü Rizvan Ramiz oğlu Həsənov həmkəndliləri Həsənov Zahid Kamran oğlunun evindən 1 cüt sırğa və bir klon, Mehdiyev İlqar Məmmədxan oğlunun evindən 1 cüt sırğa, Babayeva Gülnar Məhərrəm qızının evindən 3500 manat dəyərində olan qızıl-zinət əşyası və 450 manat pul oğurlayıb.

 

Bundan başqa, Rizvan Həsənov rayonun Balaqacar kənd sakini Əsədov Tural Qeys oğluna məxsus evdən 1 ədəd 200 manat dəyərində qızıl bilərzik, Babayev İzzət Rza oğluna məxsus evdən 300 manat dəyərində qızıl və 180 manat pul oğurlayıb.

 

Faktla bağlı cinayət işi açılıb, Rizvan Həsənovun digər oğurluq hadisələrində iştirakının olub-olmadığı araşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv