PYD/YPG: Rusiya bizi satdı
PKK-nın Suriya qolu olan PYD/YPG Rusiyanı xəyanətdə günahlandırıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, qruplaşma Rusiya hərbçilərinin Afrindən çəkilməsini Türkiyə və Azad Suriya Ordusunun bölgədə "Zeytun budağı" hərəkatına başlamasına səbəb olduğunu bildirib.
Bu əməliyyatın başlaması ilə terrorçu qruplaşma ciddi itkilər verib.
Xatırladaq ki, cəmi bir ay öncə Deyr əz-Zorda rus hərbçilərlə görüşən və onları müttəfiq adlandıran PYD/YPG İŞİD-ə qarşı mübarizədə ortaq bir əməliyyat qərargahı və komandanlıq yaradılması üçün hazır olduqlarını elan etmişdi.
Londonda yerləşən "Asharq Al-Awsat" qəzetinə danışan YPG nümayəndəsi "Ruslar Türkiyənin Afrin əməliyyatına icazə verərək bizi satdı" sözlərini dilə gətirib.