Ziya Məmmədov qəbul keçirdi
Nəqliyyat Naziri Salyanda vətəndaşları qəbul edib. APA TV-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, nazir Neftçala, Sabirabad, Saatlı, İmişli, Hacıqabul və Salyan rayonlarından olan vətəndşlarla görüşüb. Qəbul zamanı vətəndaşlar edilən müraciətlər əsasən, yol infrastrukturu, nəqliyyat vasitələrinə aid problemlər və işə qəbulla bağlı olub. Dinlənilən müraciətlərin bəzləri yerində həlini tapsa da, digər məsələlərin həll olunması üçün göstərişlər verilib.
Nəqliyyat Nazirliyinə aid olmayan məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.