Bakıda faciə: 2 yaşlı qız yanaraq öldü
Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
APA-nın FHN-in saytına istinadən xəbərinə görə, paytaxtın Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 kv. m olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 kv. m olan bitişik tikili yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarətləri alıb. Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Əliyeva Ayan Lətif qızının yanmış meyiti aşkarlanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.