Qaradağda keçmiş məhkumdan tapança tapıldı
Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə rayon ərazisində Cəlal adlı şəxsdə silah-sursat olması barədə məlumat daxil olub.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılaraq maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Qaradağ RPİ-nin müstəntiqi Tural Aliyev bildirib ki, əvvəllər məhkum olunmuş Əliyev Cəlal Nürəddin oğlunun üzərinə baxış keçirilən zamanı sandıqçasında 2 ədəd patron olan “TT” markalı tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.