İçərisində 35000 manat və 18800 dollar olan seyfi oğurlayan şəxs ələ keçdi
Ötən ilin sentyabr ayında Bakıda baş verən külli miqdarda oğurluq faktının üstü açılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini olan bir qadının yaşadığı evə qanunsuz daxil olaraq, oradan içərisində 35000 manat və 18800 dollar olan seyfi oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Nicat İsrafilov saxlanılıb.
N.İsrafilov istintaqa ifadəsində qeyd edilən evdən oğurluq etdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.