PYD İŞİD-çi əsirləri azad etdi - TÜRKİYƏYƏ QARŞI VURUŞUN!
PYD Afrində həbsdə saxladığı İŞİD terrorçularını Türkiyəyə qarşı döyüşmək şərti ilə azad edib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, şərtlərlə razılaşan və sərbəst buraxılan terrorçuların sayı bilinmir.
Onların silahlandırılaraq Türkiyənin dəstək verdiyi Azad Suriya Ordusunun irəlilədiyi istiqamətlərə göndərildiyi deyilir.
Azad olunan terrorçular ABŞ-ın dəstək verdiyi və əksəriyyəti kürd silahlılarından ibarət Suriya Demokratik Qüvvələri adlandırılan qruplaşmanın Rəqqa əməliyyatı zamanı əsir götürdüyü şəxslərdir.