Lənkəranda iki gündür gecə saatlarına qədər ətrafı qatı duman bürüyür. Görmə məsafəsini məhdudlaşdıran hava şəraiti magistral yollarda avtomobillərin hərəkətində qismən problemlər yaradıb.
APA TV-nin cənub bürosu xəbər verir ki, axşam saat 20:00 radələrindən başlayaraq ətrafı bürüyən qatı duman əsasən Ələt-Astara magistral yolunda, Lənkəran-Boradigah yolunda və şəhərin mərkəzi küçələrində hiss olunub, avtomobillərin hərəkətində çətinliklər yaranıb. Görmə məsafəsi xeyli məhdudlaşdığından yollarda avtomobillərin sürət həddi aşağı salınıb.
Qatı duman şəhər ərazisində 3 saata yaxın davam edib. Hazırda rayonda mülayim hava şəraiti hökm sürür.