ABŞ-da dəhşətli zəlzələ, Havay adaları su altında qala bilər - SUNAMİ TƏHLÜKƏSİ

Alyaska sahilləri yaxınlığında 8,2 bal gücündə zəlzələ baş verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, yeraltı təkanların episentri Alyaska körfəzində qeydə alınıb.

ABŞ Geologiya xidməti sunami təhlükəsi elan edib. Alyaska ştatı ilə yanaşı Britaniya Kolumbiyasına da böyük təhlükə yaranıb.

Bununla yanaşı, 4 saatdan sonra nəhəng dalğaların Havay adalarına doğru istiqamət götürəcəyi ehtimal olunur. Hətta Yeni Zelandiya hökuməti də vətəndaşlara xəbərdarlıq edib.

Rusiyanın şərqi və Yaponiyada da təhlükə gözlənilir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı