Türkiyə Afrində daha bir şəhid verdi

Türkiyə Silahlı Qüvvələri (TSQ) "Zeytun budağı" əməliyyatı çərçivəsində daha bir şəhid verib.

 

APA TV-nin məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində yazıb.

Şəhid hərbçinin baş leytenant olduğu bildirilib.

Nazir Türkiyəyə və şəhidin ailəsinə başsağlığı verərək, Suriyanın şimalında hərbi əməliyyatların davam edəcəyini və terrorçuların məhv ediləcəyini bir daha vurğulayıb.

Xatırladaq ki, Türkiyə Afrin əməliyyatı çərçivəsində ilk şəhidini dünən verib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı