Goranboyda iki yük maşını toqquşdu

Goranboyda iki yük avtomobili toqquşub. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun Goran qəsəbəsində baş verib.

 

“Shacman” illə başqa bir yük avtomobilinin toqquşması nəticəsində “Shacman” aşıb. Qəza zamanı xəsarət alanların olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli