Azərbaycan prezidenti ABŞ-ın "Blackstone" şirkətinin icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyev yanvarın 23-də Davosda ABŞ-ın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru Stiven Şvarzman ilə görüşüb.

APA TV-nin xəbərinə görə, Stiven Şvarzman bir müddət bundan əvvəl Azərbaycanda səfərdə olduğunu, ölkəmizin tarixi və müasir simasının onda dərin təəssürat yaratdığını bildirib. O, “Blackstone” şirkətinin Azərbaycan Dövlət Neft Fondu ilə əməkdaşlığının uğurlu olduğunu vurğulayıb.

Prezident İlham Əliyev “Blackstone” şirkətinin ölkəmizlə əməkdaşlığını müsbət qiymətləndirib. Görüşdə gələcək əməkdaşlığa dair məsələlər müzakirə olunub.

Müəllif | Apa.Tv
Apa.tv