Ölkə başçısı Davosda “Lazard Freres” şirkətinin sədri ilə də görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Davosda “Lazard Freres” şirkətinin sədri və baş icraçı direktoru Metyu Piqasla görüşüb.

APA TV-nin xəbərinə görə, Metyu Piqas “Lazard Freres” şirkətinin uzun illərdir Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirib. O, gələcəkdə ölkəmizdə yeni biznes layihələrində iştirak edəcəklərinə ümidvar olduğunu vurğulayıb.

Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin ölkəmizdəki fəaliyyətini müsbət qiymətləndirib və onun Azərbaycanda gələcək fəaliyyətinin də uğurlu olacağına əminliyini ifadə edib.

Müəllif | Apa.Tv
Apa.tv