Liviyada ard-arda partlayışlar: ölənlər və yaralılar arasında generallar var

Liviyanın Benqazi şəhərinin  Salman rayonunda 30 dəqiqəlik intervalla iki minalanmış avtomobil partladılıb.

APA TV-nin Rusiya mətbuatına istinadən mətbuatına görə, partlayışlar şəhərin ən böyük məscidinin qarşısında, dindarlar binadan çıxan zaman törədilib.

 

Terror aktı nəticəsində 33 nəfər ölüb, 71 nəfər yaralanıb. Ölənlər arasında Liviya ordusu komandanlığının istintaq şöbəsinin rəisi Əhməd əl Feytari, yaralılar arasında isə Liviyanın əks-kəşfiyyat rəisi general Mehdi Falah da var.  

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov