Canet Yelleni Cerom Pauel əvəzlədi

ABŞ Senatı Cerom Paueli Amerikanın Mərkəzi Bankı hesab edilən Federal Ehtiyat Sisteminin (FES) rəhbəri vəzifəsində təsdiqləyib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sərmayəçi-bankir Cerom Pauel əvvəllər ABŞ maliyyə nazirinin müavini vəzifəsində çalışıb, 2012-ci ildən FES  İdarə Heyətinin üzvü olub.

 

Cerom Pauel FES rəhbəri vəzifəsində Canet Yelleni əvəzləyəcək.  

 

D.Tramp seçkiqabağı kampaniyası dövründə FES-i və şəxsən Canet Yelleni Barak Obama administrasiyasının təsirinə məruz qalaraq, baza uçot dərəcəsini süni şəkildə aşağı həddə saxlamaqda ittiham edib.  

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov