Neftin qiyməti yenidən 70 dolları keçdi
Uzun fasilədən sonra dünya bazarında neftin qiyməti 70 dolları keçib. APA TV-nin məlumatına görə, son 24 saat ərzində birjalarda “Brent” markalı neftin bir barelinin maksimum qiyməti 70,15 dollar olub.
Səhər keçirilən ticarət sessiyalarında neftin dəyəri 69,86 dollara düşüb, gün ərzində qiymətlərin nisbətən ucuzlaşacağı gözlənilir.
Qərbi Texas neftinin bir bareli illik maksimum yaxın qiymətə satılır. Son bir il ərzində bu markadan olan neftin bir barelinin maksimum qiyməti 64,89 dollar olub, hazırda isə WTİ markalı neft 64,50 dollara satılır.
Amerika Neft İnstitutu ölkənin neft və benzin ehtiyatlarının həcminə dair həftəlik proqnoz xarakterli hesabatını açıqlayıb. Hesabata əsasən, ölkənin neft ehtiyatları ötən həftə 4,75 milyon barel, benzin ehtiyatları isə 4,1 milyon barel artıb. Bu artım qiymətlərə mənfi təsir göstərir. Ölkədə ehtiyatların həcminə dair rəsmi hesabat bu axşam açıqlanacaq.