Türkiyə Afrində daha bir şəhid verdi
Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın şimalında başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində daha bir hərbçisini itirib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Afrində PYD terrorçuları ilə döyüşlərdə Türkiyə ordusunun çavuşu şəhid olub.
Ağır yaralanan hərbçini xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Hərbçi doğulduğu Kayseridə dəfn olunacaq. O, 6 ay öncə ailə həyatı qurub.
Xatırladaq ki, TSQ-nın başladığı Afrin əməliyyatının 4-cü günündə bu, Türkiyənin verdiyi 3-cü şəhiddir.