Makron: "Qarabağ münaqişəsinin həlli tez bir zamanda tapılmalıdır"

"Dağlıq Qarabağ münaqişəsinin həll variantı tez bir zamanda tapılmalıdır". APA TV-nin məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron bəyan edib.

O qeyd edib ki, Fransa bunu istəyir və digər həmsədr ölkələr - Rusiya və ABŞ-la bu istiqamətdə səyləri gücləndirməyə hazırdır.

Emmanuel Makron əlavə edib ki, qəbul olunacaq yekun qərar cəsarətli olmalı və münaqişə tərəfləri qarşılıqlı güzəştlərə getməkdən çəkinməməlidir: "Mən yaxşı bilirəm ki, sülhün təbliği son dərəcə çətin prosesdir, amma keçirilən görüşlərdə əldə olunan konkret nəticələr ümidverici olmalıdır".

Fransa prezidenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakov görüşünü təqdir edərək, prezidentlərin növbəti görüşünün Cenevrədə keçirilə biləcəyini bildirib.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov