Yeni ildə 1 HƏFTƏ İŞ OLMAYACAQ

Bu il dekabrın 31-dən gələn il yanvarın 6-na qədər qeyri-iş günü olacaq.

 

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin APA-ya verdiyi məlumata görə, bu, Nazirlər Kabinetinin Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı qəbul etdiyi qərarda əksini tapıb.

 

Qərara əsasən, şənbə və bazar günlərinə təsadüf edən 28 və 29 dekabr iş günləri olacaq. Başqa sözlə, 3 və 6 yanvar tarixləri müvafiq olaraq  şənbə (28 dekabr) və bazar (29 dekabr) ilə dəyişdirilib.

Müəllif | Apa.Tv