Daha bir jurnalistimizi itirdik: Ülviyyə Şamilqızı Rusiyada faciəvi şəkildə öldü
Rusiyada azərbaycanlı xanım jurnalist faciəvi şəkildə həyatını itirib. APA TV-nin "Report"a istinadən məlumatına görə, jurnalist Ülviyyə Şamilqızını Həştərxan şəhərində avtomobil vurub.
Onun hadisə yerində öldüyü bildirilir. Hazırda mərhumun meyiti tibbi-ekspertiza məntəqəsindədir.
Ü.Şamilqızının cənazəsi doğulduğu Gəncə şəhərinə aparılaraq orada dəfn olunacaq.
Uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən "Xalq Cəbhəsi" qəzetində, "Report" İnformasiya Agentliyində çalışıb. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.
Qeyd edək ki, dünən axşam jurnalist Nicat Məlikov da ürəktutmasından vəfat edib.