İvonna nənə dünyasını dəyişdi
İmişlidə yaşayan, 73 il əvvəl azərbaycanlı partizan Şəmməd Şirməmmədova qoşularaq Azərbaycana gələn İvonna nənə bu gün səhər saatlarında vəfat edib.
APA TV-nin məlumatına görə, İmişlinin Murğuzalılar kəndində yaşayan İvonna nənəni ilk dəfə Lent.az-ın əməkdaşı Səbuhi Məmmədli üzə çıxarıb.
İmişlidə iki il yaşayandan sonra onun həyat yoldaşı Şəmməd Şirməmmədov qəfil vəfat edib. Onların Rəfael adında övladları qalıb. O, Rəfaili də götürüb Fransaya getmək istəsə də, sovet hökuməti onu buraxmayıb. Bundan sonra qadın Azərbaycanda yaşamalı olub. O, sonradan ikinci dəfə ailə qurub, bu izdivacdan onun bir neçə uşağı dünyaya gəlib.
2011-ci ildə İvonna nənənin həyat hekayəsi Lent.az-da dərc ediləndən sonra Avropa Azərbaycan Cəmiyyəti onun taleyi ilə maraqlanıb və 64 ildən sonra İvonna nənə öz vətəninə gedə bilib.
90 yaşlı İvonna nənə ayaq qanqrenasından əziyyət çəkirdi. Dünən əməkdaşımız Səbuhi Məmmədli İvonna nənə ilə son dəfə görüşüb.