BNA Bakının mərkəzindəki iki məktəblə bağlı araşdırma aparıb

Bakı Nəqliyyat Agentliyi Təhsil Nazirliyi ilə birgə araşdırma aparıb.

 

APA TV-nin məlumatına görə, 189 və 190 nömrəli orta məktəblərin ətrafında nəqliyyat şəraitinin öyrənilməsi, yol infrastrukturunun yaxşılaşdırılması və ən əsası piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə araşdırma aparıb.

 

Əldə edilən nəticələr əsasında pilot təklif layihəsi hazırlanıb. Qeyd edilən ərazidə bir sıra nəqliyyat problemləri aşkar edilib ki, bu cür hallar piyadaların iştirakı ilə hər hansı yol nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxara bilər.

 

Layihədə əksini tapan tədbirlərin həyata keçirilməsi qeyd edilən ərazidə yol hərəkəti şəraitinin yaxşılaşdırılmasına, piyadaların, xüsusilə də uşaqların təhlükəsizliyinin təmin edilməsinə köməklik göstərəcək.

 

Qeyd edək ki, 189 və 190 nömrəli orta məktəblərin ətrafında piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol infrastrukturunda və yol hərəkətinin təşkilinə dair pilot təkliflər layihəsi Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasında baxılaraq təsdiq edilib. Yaxın vaxtlarda Bakı Nəqliyyat Agentliyin koordinasiyası ilə nəzərdə tutulan dəyişikliklərin edilməsinə başlanılacaq. 

 

Müəllif | Apa.Tv
Nigar Həsənli