Temperatur 7 dərəcə enəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq olunub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, yanvarın 25-i axşam şimal və qərb rayonlarından başlayaraq yanvarın 28-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

 

Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə enəcək. Dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd