ABŞ-dan sürpriz açıqlama: PYD-yə dəstəyi kəsəcəyik, əgər...

"Əgər PYD/YPG Afrinə doğru hərəkətə başlasa onlara verilən dəstək kəsiləcək". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, belə bir açıqlama Pentaqondan səsləndirilib.

Açıqlamadan öncə Suriyanın şimalında PYD-/YPG-nin nəzarətində olan bölgədən əməliyyatlar keçirilən Afrinə yeni qüvvələrin göndərildiyi barədə xəbərlər yayılıb.

Pentaqon sözçüsü Adrian Rankine Galloway sözü gedən bölgədə PYD-yə dəstəyin yalnız İŞİD-lə mübarizə məqsədilə verildiyini deyib: "Əgər onlar İŞİD-lə mübarizədən imtina edib, Suriyanın şimalında davam edən hansısa bir əməliyyat müdaxilə edərlərsə, o zaman bizim müttəfiqliyimiz bitər".

Xatırladaq ki, ABŞ Ankaranın PKK-nın Suriya qolu adlandırdığı PYD/YPG-yə silah yardımı edir və təlimlər keçir.

Müəllif | Apa.Tv
Fərid Rəsulov