Lənkəranda maşın vuran 66 yaşlı kişi xəstəxanada öldü

Lənkəranda avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə dünən axşam saatlarında şəhərin Fizuli küçəsində qeydə alınıb.

 

66 yaşlı Malikəjdər Qasımov yolu keçmək istəyərkən "VAZ-21099" markalı avtomobil tərəfindən vurulub. O, sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin Malikəjdər Qasımovun həyatını xilas etmək mümkün olmayıb və yaralı bu gün xəstəxanada dünyasını dəyişib.

 

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elnur Ələkbərov