Xaçmaz-Quba yolunda iki maşın toqquşdu
Xaçmaz-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə yolun 2-ci km-də qeydə alınıb.
“VAZ-2106” və “Mersedes” markalı minik maşınlarının toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Həmin şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin yaxşı olduğu bildirilir.
Qəzanın səbəbləri araşdırılır.