Prezident İlham Əliyevlə BP şirkətinin rəhbəri arasında görüş keçirilib

Azərbaycan prezidenti İlham Əliyev Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

APA TV-nin məlumatına görə, görüşdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulanıb. Bu il “Şahdəniz-2” yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirilib.

Söhbət zamanı Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev Robert Dadlini Bakıya səfərə dəvət edib.

Müəllif | Apa.Tv
Apa.tv