İlham Əliyev və Benyamin Netanyahu qarşılıqlı əlaqələri müzakirə edib
Azərbaycan prezidenti İlham Əliyevin Davosda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü olub.
APA TV-nin məlumatına görə, görüşdə İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlanıb, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olunub.
Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.