PYD-nin Suriyadan atdığı raket Türkiyədə məscidə düşdü - ÖLƏNLƏR VAR
Türkiyənin Kilis şəhəri Suriyanın Afrin bölgəsindən növbəti dəfə raket atəşinə tutulub. APA TV-nin “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, mərmi məscidə düşüb.
Məlumata əsasən, hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib.
Daha 11 nəfərin də yaralanması barədə məlumat yayılıb. Onların həyatları üçün təhlükənin olmadığı bildirilir.
İnsident yerli vaxtla saat 18:10 radələrində qeydə alınıb. Şəhərə 2 raket mərmisi atılıb, onlardan biri şəhərin mərkəzindəki məscidə düşüb.