Rusiyada göyərtəsində azərbaycanlıların da olduğu balıqçı gəmisi yoxa çıxıb

Rusiyada balıqçı gəmisi yoxa çıxıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə Primorsk diyarında qeydə alınıb.

Yapon dənizində yoxa çıxan "Vostok" balıqçı gəmisinin axtarışları istiqamətində hərəkətə keçilib, bölgəyə iki sahil mühafizə gəmisi və helikopter cəlb olunub.

Gəmidə 21 heyət üzvü olub. Onların arasında Rusiya vətəndaşları ilə yanaşı əcnəbilərin, o cümlədən azərbaycanlıların da olduğu bildirilib. İtkin düşən həmyerlilərimiz 1991-ci il və 1972-ci təvəllüdlü Ruslan Əlizadə və Mübariz Hüseynovdur.
 

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov