Tramp: “Afrin əməliyyatı Türkiyə ilə münasibətlərimizi pisləşdirə bilər”

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, söhbət zamanı Suriyada son vəziyyət və "Zeytun budağı" əməliyyatı müzakirə olunub.

 

Rəcəb Tayyib Ərdoğan Vaşinqtonu PKK terror təşkilatının Suriya qolu PYD/YPG-ni silahla təchiz etməyə son qoymağa çağırıb.

 

O həmçinin vurğulayıb ki,  Suriya ərazisində keçirilən əməliyyatın məqsədi Türkiyənin milli təhlükəsizliyini təmin etmək və Afrin bölgəsini terrorçulardan təmizləməkdir. 

"Afində həyata keçirilən hərbi əməliyyat beynəlxalq hüquq normaları, o cümlədən BMT Konvensiyasının özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəsinə uyğundur və terrorizmə qarşı mübarizə istiqamətində növbəti addımdır" - deyə, Türkiyə prezidenti vurğulayıb.

 

ABŞ prezidenti isə Suriyanın Afrin bölgəsində artan gərginlikdən narahat olduğunu ifadə edib: "Hazırkı vəziyyət ABŞ və Türkiyə arasındakı əlaqələrin pisləşməsi risklərini daşıyır".

Tramp həmçinin rəsmi Ankaranı Suriyada türk və amerikalı qüvvələr arasında münaqişəyə səbəb ola biləcək hərəkətlərə yol verməməyə çağırıb. 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov