Bakıda SYSMEX brendinin simpoziumu keçirilir

Azərbaycanda 8 ildən artıq fəaliyyət göstərən SYSMEX brendinin Bakıda iki günlük simpoziumu öz işinə başlayıb.

 

APA TV-nin xəbərinə görə, tədbirdə 150-dən artıq özəl və dövlət xəstəxanalarının həkimləri  iştirak edib.

 

Tədbirdə Türkiyə və Özbəkistandan gələn doktor və professorlar tərəfindən "Nəsil Qrup" MMC-nin səyi nəticəsində dünya markası olan SYSMEX brendinin hematologiya sahəsinə aid olan cihazları və müasir tibbi avadanlıqları haqqında geniş məlumat verilib.

 

Doktor Oktay Öztürk bildirib ki, mütəmadi olaraq bu təlimlər davam etdiriləcək: "On ilə yaxındır Azərbaycanda xidmət göstəririk. Əslində bu on il ərzində  laboratoriya menecmentliyinə, diaqnoz qoymaqda önəmli olan laboratoriya parametrlərinin yaxşılaşdırılmasına, həkimlərin maariflənməsinə köməklik göstərmişik. Bütün xəstəliklərdə hematologiyanın rolu var. Xəstəliklərin tanınmasında, izlənməsində (müşahidəsində) və müalicəsində bunu Azərbaycandakı laboratoriya həkimləri ilə paylaşmaq istədik. Bundan sonra mütəmadi olaraq bu təlimləri apararaq, bunun Azərbaycanda inkişafına köməklik göstərəcəyik. Dostlarımız inanılmaz şəkildə təhsilə maraq göstərir. Bu gün çoxlu iştirakçılar qatılıb. Bu, bizi çox məmnun etdi". 

 

Qeyd edək ki, bu gün kursu bitirən iştirakçılara sertifikatlar veriləcək.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova