Temperatur kəskin düşəcək: Bakıda qar gözlənilir, külək güclənəcək

Yanvarın 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı, axşama doğru bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, qara keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-3, gündüz 4-6 dərəcə isti olacağı gözlənilir. Bundan əlavə, yanvarın 26-sı gündüzdən 27-si axşamadək temperatur 3 dərəcəyədək aşağı enəcək. Arabir güclənən xəzri küləyi fonunda yağıntılı hava şəraitinin meteohəssas insanlar üçün əlverişsiz olacağı açıqlanıb. 

 

Yanvarın 26-da Azərbaycanın rayonlarında duman olacağı, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv