Tovuzda 3 "Jiquli" toqquşdu
Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində baş verib.
"VAZ-21011", "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 26 yaşlı Mirzə Eyvazov və 64 yaşlı Namaz Namazov xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. M.Eyvazov və N.Namazova tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.