Zaxarova: "Qarabağ münaqişəsinin həllində effektivliyi artırmaq vacibdir"

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində effektivliyi artırmaq lazımdır".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

Rusiyanın il ərzində həmsədr kimi aktivliyini artırıb-artırmayacağı ilə bağlı suala cavabında söyləyib: "Mənə elə gəlir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində aktivliyi deyil, effektivliyi yüksəltmək lazımdır. Hesab edirəm ki, hər kəs də bununla məşğul olacaq".

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov