Ukraynada helikopter teleqülləyə çırpılıb - ÖLƏNLƏR VAR
Ukraynada “Mi-8” tipli helikopter televiziya qülləsinə çırpılaraq bir neçə hissəyə bölünüb. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, helikopter Poltava vilayətinin Kremençuk şəhərində yerə çırpılıb.
Hadisə zamanı helikopterin içərisində 4 nəfərin olduğu və onların hamısının dünyasını dəyişdiyi bildirilir. Məlumata əsasən, helikopter özəl şirkətlərdən birinə məxsus imiş və həmin vaxt təlim uçuşu həyata keçirirmiş.
Hadisə yerində güclü yanğın baş verdiyindən əraziyə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Ərazidəki elektrik naqillərinin qırıldığı bildirilir.