Kral xəstəxanasında yanğın: 41 ölü, 79 yaralı

Cənubi Koreyada dəhşətli yanğın hadisəsi baş verib. APA TV-nin yerli mətbuata istinadən məlumatına görə, hadisə Milyan şəhərində Kral Secon adına xəstəxanada qeydə alınıb.

Yanğın nəticəsində 41 nəfər faciəli şəkildə həyatını itirib, 79 nəfərin xəsarət aldığı bildirilir. Onlardan onunun vəziyyəti ağırdır. 

 

Yanğının binanın birinci mərtəbəsində yerləşən təxirəsalınmaz tibbi yardım şöbəsində başladığı ehtimal olunur.

Yanğını 1 saat 40 dəqiqədən sonra söndürmək mümkün olub. 


Hadisənin səbəbləri araşdırılır.
 

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov