Tramp Davosda bəyan etdi: "Fələstinə pul verilməyəcək!"
Davosda İsrailin baş naziri ilə ABŞ prezidenti arasında görüş olub. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Donald Tramp 2019-cu ildə Qüdsdə ABŞ səfirliyinin "kiçik variantı"nın açılacağını bildirib.
B.Netanyahu səfirliyin köçürülməsinə görə Trampa təşəkkürünü bildirib: "Bu əbədi olaraq xalqımızın qəlbində qalacaq tarixi bir qərardır".
ABŞ prezidenti Fələstin rəhbərliyinin vitse-prezidenti Mayk Penslə görüşməkdən imtina etməsini hörmətsizlik adlandırıb.
"Fələstinlilər ABŞ-dan yüz milyonlarla dollar yardım alır. Masa arxasına oturmayanadək və danışıqlara başlamayanadək onlara pul verilməyəcək" - deyə, Tramp qeyd edib.
Xatırladaq ki, ABŞ prezidenti ötən ilin dekabrında Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmən elan edib.