Corc Soros: "Böyük şirkətlər sosial şəbəkələr vasitəsi ilə daha da varlanır"
"Facebook" və "Google" kimi sosial platformalar ictimaiyyət üçün olduqca ciddi təhlükədir".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri milyarder Corc Soros Davos İqtisadi Forumundakı çıxışında səsləndirib.
"Sosial şəbəkələr insanlarda asılılıq yaradır ki, bu da xüsusi ilə gənclər üçün təhlükəlidir. Düşünürəm ki, internet-platformalarla mərc oyunları arasında bu cəhətdən böyük oxşarlıq var. Kazinoları məhz insanlardan onlara aid olan pulları ələ keçirmək üçün düşünüblər" - deyə, C. Soros fikirlərini tamamlayıb.
Milyarder bildirib ki, sosial şəbəkələr vasitəsilə bir çox iri şirkətlər auditoriyanın diqqətini cəlb etməklə böyük məbləğdə qazanc əldə edir.