PYD Əsədə yalvarmağa başladı: "Afrinə qoşun göndər!"

Afrindəki PYD terrorçuları rəsmi Dəməşqə müraciət edib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, müraciətdə Suriya hökumət qüvvələrinin Afrinə göndərilməsi xahiş olunur.


PYD-nin "Afrin özünü idarəetmə ofisi" bunun Suriyanın suverenliyi və sərhəd təhlükəsizliyi baxımından vacib olduğunu bildirib.


"Bölgəni qorumaq və sərhədə hərbçilər yerləşdirməyin vaxtı çatıb" - deyə, yazılı müraciətdə qeyd olunur.


İnternetdə yerləşdirilən bəyanatda Türkiyənin "Zeytun budağı" əməliyyatı işğal cəhdi kimi qiymətləndirilir.


Bu arada "Zeytun budağı" əməliyyatının 7-ci günündə məhv edilən terrorçuların sayının 343-ə çatdığı bildirilib. Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Müqavimət göstərən PYD terrorçularının isə mövqelərini tərk edərək yaşayış məntəqələrinə çəkilərək evlərdə snayperlər yerləşdirdiyi deyilir.

Müəllif | Apa.Tv
Nigar Həsənli