Bakının mərkəzində ÜÇ AVTOBUS BATDI, YOL BAĞLANDI

Bakıya yağan güclü qar və sulu qar şəhərdə bir sıra ciddi problemlər yaradıb. Yağıntı səbəbindən bəzi yollarda tıxac və sıxlıq meydana gəlib. Xətai rayonu ərazisində, Nəcəfqulu Rəfiyev küçəsində isə 3 avtobus “Azərsu” Səhmdar Cəmiyyətinin qazdığı çuxura düşüb. Avtobuslarda olan sərnişinlər təxliyə edilib. Bir neçə avtomobil də sel sularından görünməz olan çuxurlara düşüb.

 

Ərazidə kanalizasiya xətti olmadığından yolda sel yaranıb ki, bu da piyadaların suyun içində qalmasına səbəb olub.

 

Hazırda Nəcəfqulu Rəfiyev küçəsində texnikanın köməyi ilə yolda qalmış avtobusların hərəkət hissəsindən kənarlaşdırılması işləri görülür. Yolda avtomobillərin hərəkəti tamam dayanıb.  

Müəllif | Apa.Tv