Britaniyanın müdafiə naziri: "Rusiya bizi məhv etmək istəyir"

"Rusiya İngiltərəni məhv etmək üçün yollar axtarır və xaos yaratmaq məqsədilə krallıqdakı strateji obyektlərin iş prinsipi, habelə  infrastrukturu haqqında məlumatlar toplayır".

 

APA TV-nin "Daily Telegraph" qəzetinə istinadən məlumatına görə, bunu krallığın müdafiə naziri Hevin Uilyamson bildirib: "Onlar elektrik stansiyaları, habelə krallığın enerji mənbələri haqqında informasiya toplamaqla məşğuldur. Rusiya tərəfi bizi məhv etmənin yollarını yaxşı bilir. Kreml ümumiyyətlə istənilən ölkənin heç vaxt qəbul etməyəcəyi addımlar atır".

 

Müdafiə naziri deyib ki, rəsmi Moskvanın addımları nəticəsində krallıq elektrik enerjisindən məhrum olarsa, bu 3 milyon vahid təsərrüfat subyektinin işinə təsir göstərəcək.

 

H.Uilyamson "Rusiyanın bu addımlarının törədəcəyi fəsadları təsəvvür edə bilirsinizmi?" - deyə, sual da edib.

 

Qeyd edək ki, hazırda İngiltərənin Müdafiə Nazirliyi yeni hərbi doktrina üzərində iş aparır. Bununla nazirlik mümkün təhlükədən qorunmaq üçün orduya daha çox vəsait cəlb etmək niyyətindədir.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov