ABŞ rəsmisindən sürpriz sözlər - YPG-YƏ PKK DEDİ
ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert günlük mətbuat konfransında jurnalistlərə açıqlamasında YPG yerinə PKK ifadəsini işlədib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Nauert "Türkiyə Suriyanın şimal-qərbində İŞİD-di kənara qoyub, PKK-nın arxasınca düşüb. Biz orada sabitlik istəyirik", sözlərini deyib.
ABŞ rəsmisi Afrindəki sabitliyə ciddi təhlükə yarandığını, başlayan döyüşlər səbəbindən insanların burdan qaçmağa çalışdığını bildirib.
Nauert Suriyanın çox çətin bir dövrdən keçdiyini və ölkənin şimal-qərbində yeni bir problem sahəsinin ortaya çıxmasını istəmədiklərini dilə gətirib.
Qeyd edək ki, ABŞ indiyə kimi Suriyanın şimalında PKK terrorçularının yox, YPG/PYD birləşmələrinin olduğunu bildirirdi. Türkiyə isə Suriya Demokratik Qüvvələrində döyüşən, eləcə də Menbiç və Afrində yerləşən silahlı şəxslərin çoxunun PKK-nın Suriya qanadının üzvləri olduğunu vurğulayır.