Novruz çərşənbələrinin vaxtı məlum oldu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2018-ci ildə qeyd olunacaq Novruz çərşənbələrinin vaxtını açıqlayıb.

 

APA TV-nin məlumatına görə, bu il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək.

 

Fevralın 27-də ilk - "Su" çərşənbəsi, martın 6-da "Od", martın 13-də "Yel", martın 20-də isə axırıncı - "Torpaq" çərşənbəsi qeyd olunacaq.

 

Yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd