3 gündə 2 evi soydular - ŞƏMKİRDƏ DƏSTƏ TUTULDU

Şəmkirdə oğurluqla məşğul olan dəstə üzvləri saxlanılıb.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, bu ilin yanvarın 25-də rayonun Aşağı Seyfəli kənd sakini Atəş Məmmədov ərizə ilə polis şöbəsinə müraciət edərək, yanvarın 22-dən 23-ə keçən gecə qardaşı Mirəzim Məmmədova məxsus evə naməlum şəxslərin qapını sındırmaq yolu ilə daxil olaraq, oradan 1100 manat dəyərində ev əşyalarının oğurladığını bildirib.

 

Əməliyyat tədbirləri nəticəsində 25 gün əvvəl həbsdən çıxan 23 yaşlı İmdat İsayev, 25 yaşlı Afiyəddin Quliyev və 27 yaşlı Nurlan Axundov şübhəli şəxs qismində saxlanılıb. Dəstə üzvləri 3 gün 2 evdən oğurluq edib. Dəstə əməlinə hədəf kimi əsasən sahibləri evdə olmayan qapısı bağlı evləri seçib.

 

Saxlanılanlardan İmdat İsayev oğurluq təşəbbüsünün müəllifi olduğunu etiraf etməklə yanaşı, peşmançılıq keçirdiyini də deyib.

 

Onun iş ortaqları olan Afiyəddin Quliyev və Nurlan Axundov isə özünü qismən təqsirli hesab edir.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Müəllif | Apa.Tv
Apa.tv