Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşları paytaxt sakini Emin Ağacanovun həbs edilməsi üçün əməliyyat tədbirləri həyata keçirib. APA TV-nin DİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Emin Ağacanov narkotik maddələrin alğı-satqısında şübhəli bilindiyi üçün saxlanılıb.
İlkin dindirmə zamanı o, narkotik vasitəni Qaradağ rayon sakini, əvvəllər məhkum olunmuş Natiq Cavadovdan aldığını bildirib. Həmin şəxsin də saxlanılması üçün əlavə əməliyyat tədbiri keçirilib və o, istintaqa cəlb olunub.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.