Salyanda "Jiquli" yük maşını ilə toqquşdu - ANA VƏ OĞLU ÖLDÜ

Salyan rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, avtoqəza rayonun Qaraçala kəndində qeydə alınıb.

Hadisə zamanı Əliyev Rövşən Marif oğlunun idarə etdiyi  "VAZ 2106" markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobili toqquşub. Nəticədə Salyan rayonunun Düzənlik kənd sakinləri, "Jiquli"nin sürücüsü 1978-ci il təvəllüdlü Əliyev Rövşən Marif oğlu və onun anası 1949-cu il təvəllüdlü Əliyeva Gülxar Kamil qızı dünyasını dəyişib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən istintaq araşdırmaları aparılır.

Müəllif | Apa.Tv
Apa.tv