Bakıda qadının boyunbağısını qoparıb qaçan şəxs həbs edilib

Paytaxtda soyğunçuluq əməllərində şübhəli bilinən şəxs saxlanılıb. APA TV-nin DİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Gəncə şəhər sakini Nicat İsrafilov Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ələ keçib.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs rayon ərazisində bir qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Onun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Yasamal RPİ-yə  müraciət edə bilər.

Müəllif | Apa.Tv
Apa.tv