Amsterdamda silahlı insident qeydə alınıb. APA TV-nin "Frans Press" agentliyinə istinadən verdiyi xəbərə görə, atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətləri barədə məlumat verilmir.
Amsterdam polisi şəhər mərkəzində baş vermiş bu silahlı insidenti məhkəmə davasına dayanan kriminal münaqişə kimi qiymətləndirir. Məlumata əsasən, hadisənin terrorla əlaqəsi olduğu güman edilmir. Hadisə şahidləri uşaq meydançası yaxınlığında atışma səsləri eşidib, daha sonra atəş açan maskalı şəxs hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır, hadisənin baş verdiyi küçə bağlanıb. İnsidentlə əlaqədar hələ ki saxlanılan yoxdur.